“Ucar Aqro” məhsullarını xaricə ixrac etməyi nəzərdə tutur » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Ucar Aqro” məhsullarını xaricə ixrac etməyi nəzərdə tutur

“Ucar Aqro” məhsullarını xaricə ixrac etməyi nəzərdə tutur


“Garant Holding”ə daxil olan “Ucar Aqro” şirkəti gələcək planlarını açıqlayıb.

“Şirkət tam istehsal həcminə çatandan sonra xarici bazarlara ixracı da nəzərdə tutur. Gələcəkdə həmçinin orqanik toyuq yetişdirmək planımız da var”, - “Ucar Aqro”nun İstehsalat Departamentinin direktoru Xəqani Məmmədov Oxu.Az-a deyib.

Onun sözlərinə görə “Ucar Aqro” MMC yetişdirmə sahəsi hər biri 32 min baş tutumu olan 25 toyuq fermasından ibarətdir.

“Bu fermalar Almaniya istehsalı olan avadanlıqlarla təchiz olunub və tam avtomatlaşdırılıb. Toyuqlar fermalarda qəfəs rejimində deyil, samanın üstündə saxlanılır. Broyler toyuqları ilə yanaşı kənd toyuqları da yetişdirilir. Toyuqlar qarğıdalı, buğda və arpadan hazırlanmış təbii qranul yemlərlə yemlənir.

Yemləmə avtomatik şəkildə həyata keçirilir. Toyuqlar yetişdirmə sahəsindən 10 kilometr aralıda yerləşən toyuq kəsim fabrikinə göndərilir və orada ən müasir avadanlıqlarla kəsilib qablaşdırılır”, - Xəqani Məmmədov deyib.

O bildirib ki, müəssisəinin istehsal gücü saatda 16 min başdır, 40 mindən yuxarı toyuq kəsmək imkanı var.

Qeyd edək ki, Azərbaycanın Ucar rayonunda“Ucar Aqro” quşçuluq kompleksi beynəlxalq standartlara cavab verən, yalnız Azərbaycanda deyil, eləcə də Cənubi Qafqaz regionunda müasir quş əti istehsal edən qabaqcıl müəssisələrdən birinə çevrilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *