Təhlükə İstanbul sərhəddinə çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Təhlükə İstanbul sərhəddinə çatdı

Təhlükə İstanbul sərhəddinə çatdı


Türkiyə Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən fermalardan birində “Ərzaq Kənd təsərrüfatı və Heyvandarlıq” idarəsinin nəzarəti alıtında 10 min toyuq tələf edilib.

ANS PRESS-in məlumatına görə, ferma sahibinin Balıkesir şəhərindən aldığı 2 000 toyuqdan 800-ü hinə buraxıldıqdan sonra ölüb. Bu barədə dərhal Ərzaq Kənd təsərrüfatı və Heyvandarlıq” idarəsinə xəbər verilib.

Bildirilir ki, hadisə Gebze rayonunun Molla Fenari kəndində baş verib, analoji hadisə Pelitli və Denizli kəndlərində də qeydə alınıb.

Ərzaq Kənd təsərrüfatı və Heyvandarlıq” idarəsi kənd sakinlərinin təşvişə düşməsinin qartşısını almaq üçün 3 kənddə 10 min toyuğu tələf edib və əhəng quyusunda basdırıb.

Qeyd edək ki, indiyə qədər baş vermiş toyuq ölümlərinin quş qripi və ya başqa xəstəlik səbəbindən baş verməsi barədə hər hansı bir açıqlama verilməyib.

İstanbulla Kocaeli həmsərhəd şəhərlərdir və İstanbulun mərkəzindən Gebzeyə qədər olan məsafə 63 kilometrdir.

Xatırladaq ki, Azərbaycanın Baş Dövlət Baytarlıq müfəttişi bu istiqamətdə sərəncam imzalayıb. Həmin sərəncamla Türkiyənin Balikəsir bölgəsində toyuqlar arasında yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin yayılmasını nəzərə alaraq, 2015-ci il may ayının 5-i tarixindən Türkiyənin Balikəsir və ona yaxın olan Kütahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının, eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *