Şəkidə sahibsiz it yeddi nəfəri dişlədi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Şəkidə sahibsiz it yeddi nəfəri dişlədi

Şəkidə sahibsiz it yeddi nəfəri dişlədi

Şəkinin Baş Göynük kəndində sahibsiz it bir gündə üçü azyaşlı olmaqla yeddi nəfəri dişləyib.

APA xəbər verir ki, hücumlar iyunun 20-i günorta və axşam saatlarında qeydə alınıb.

Rayonun Baş Göynük kənd sakinləri olan 1945-ci il təvəllüdlü Niyazi Sadəddin oğlu Mahmudov sol əlin said nahiyəsinin, 1992-ci il təvəllüdlü Gülnaz Sərdar qızı Abdullayeva sağ sarğı nahiyəsinin, 2012-ci il təvəllüdlü Nardanə Dəyanət qızı Abdullayeva başın alın nahiyəsinin, 2014-cü il təvəllüdlü Aynur Qaçay qızı Abdullayeva başın alın nahiyəsinin, 1974-cü il təvəllüdlü Nəsimi Fərman oğlu Saatov sağ qolun və qarnının sol hissəsinin, 2012-ci il təvəllüdlü Eşqin Fərahim oğlu Mahmudov başın və sol ayağın baldır nahiyəsinin, 1953-cü il təvəllüdlü Nəhayət Mustafa qızı Məmmədova sol qolun bazu nahiyəsinin it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan bildirlib ki, Baş Göynük kənd sakinləri olan üçü azyaşlı olmaqla ümumilikdə yeddi nəfəri sahibsiz it dişləyib. Xəstəxanaya müraciət edən yeddi nəfərin hamısına lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *