Şəkidə qonşu qonşunu bıçaqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Şəkidə qonşu qonşunu bıçaqladı

Şəkidə qonşu qonşunu bıçaqladı


Şəkidə 42 yaşlı kişi qonşusunun oğlu tərəfindən bıçaqlanıb.

AzNews.info xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, avqustun 10-da saat 02 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1974-cü il təvəllüdlü Mais Hüseyn oğlu Tahirov sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

Araşdırmalar nəticəsində məlum olub ki, M.Tahirov kəndin ərazisindəki yeməkxanaların birində qonşusu ilə yemək yeyərkən aralarında düşən mübahisə zəminində qonşusunun oğlu tərəfindən bıçaqlanıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumatda Mais Tahirovun bıçaqlanması faktı təsdiqlənib. Hadisəni törədən şəxsin isə qaçıb gizləndiyi bildirilir.

Faktla bağlı Şəki ŞRPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *