Son iki gündə Bakıda 8 nəfəri it dişləyib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Son iki gündə Bakıda 8 nəfəri it dişləyib

Son iki gündə Bakıda 8 nəfəri it dişləyib

Son iki gün ərzində Bakıda 8 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb.

Bununla bağlı Report-a 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.

Məlumatda qeyd olunur ki, nəticədə 8 nəfər müxtəlif xəsarətlər alıb. İt dişləməsi ilə bağlı hadisələr paytaxtın Nərimanov, habelə Sabunçu rayonunda, Bakıətrafı qəsəbələrdə qeydə alınıb.

Qeyd edək ki, bu qəbildən olan hadisələrdən ən ağırı Nərimanov rayonu, Ziya Bünyadov küçəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Qurbanov Məmməd Yaşar oğlu işdən evə qayıdarkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda Y.Məmmədovun müalicəsi davam etdirilir.

Xəstəxanadan bildirilib ki, son 1 ay ərzində paytaxtda it dişləmələri ilə bağlı müraciətlərin sayı artıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *