Bakıda toy korteji qəza törədib: Yaralananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Bakıda toy korteji qəza törədib: Yaralananlar var – VİDEO

Bakıda toy korteji qəza törədib: Yaralananlar var


Bakıda gəlin maşınını müşayiət edən avtomobil aşıb.

Aznews.info Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektində 6 avtomobildən ibarət kortej gəlin gətirməyə gedib. Kortejdəki “Hyundai” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək tuneldə eyni vaxtda 5 avtomobili ötmək istəyib. Nəticədə "Hyundai" beton yolayrıcına çırpılaraq aşıb.

Aşan avtomobilin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Prospektin əsas tunelində tıxac yaranıb. Yoldan keçən avtomobil sürücülərinin köməkliyi ilə “Hyundai” yol kənarına çəkilib.

Toy karteji yoluna davam edib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *