Bakıda sərnişin avtobusu qəza törədib: » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda sərnişin avtobusu qəza törədib: Ölən var

Bakıda sərnişin avtobusu qəza törədib:

Bakıda sərnişin avtobusu qəza törədib, ölən və yaralanan var.

Report xəbər verir ki, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu yüksək sürətlə gələrkən idarəetməni itirərək əvvəlcə dayanacaq yaxınlığında olan taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobilin sürücüsü Mahmud Cəfərovu, sonra isə onun avtomobilini vurub. “Mercedes” markalı avtomobil zərbənin gücündən Bakı Olimpiya Stadionunun ərazisinə düşüb.

M.Cəfərov hadisə yerində ölüb. İdaretməni itirən avtobus dayancağa çırpılıb. Nəticədə dayanacaqda avtobus gözləyən sərnişin - 49 yaşlı Zülfüqarova Mələk ağır kəllə-beyin travması alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *