Azərbaycanda əhalinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi HANSIDIR? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Azərbaycanda əhalinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi HANSIDIR?

Azərbaycanda əhalinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi HANSIDIR?


2018-ci ilin yanvar-may ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 88,7 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artım müşahidə olunub.

AzNews.info Trend-ə istinadən xəbər verir ki, yüklərin 4,0 faizi dəniz, 6,2 faizi dəmir yolu, 0,1 faizi hava, 62,6 faizi avtomobil nəqliyyatı, 27,1 faizi isə boru kəməri ilə daşınıb.

Hesabat dövründə nəqliyyatçılar 779,3 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,0 faizi avtomobil nəqliyyatı, 12,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-may ayları ərzində 5,5 milyon ton yük, 1052,4 min sərnişin daşınıb, 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,1 faiz azalma, sərnişin daşınmasında isə 3,5 faiz artım müşahidə olunub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 55,6 milyon ton yük, 677,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6 faiz və 1,4 faiz artım qeydə alınıb.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *