Dəniz nəqliyyatında maaş 1052 manata çatdı
2015-ci ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 68,9 min muzdlu işçinin 70,5 faizi dövlət müəssisələrində, 29,5 faizi özəl bölmədə çalışıb.
Oxu.Az Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, işçilərin 50,2 faizi yerüstü və boru kəməri, 10,0 faizi su, 17,9 faizi hava nəqliyyatı, 21,9 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.
2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 0,9 faiz artaraq 544,0 manat olub və bu göstərici dəniz nəqliyyatında 1052,0 manat, hava nəqliyyatında 818,7 manat, metro nəqliyyatında 583,2 manat, avtomobil nəqliyyatında 397,7 manat, dəmir yolu nəqliyyatında isə 250,3 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 44,3 faiz, hava nəqliyyatında 5,0 faiz, dəmir yolu nəqliyyatında 16,7 faiz, boru nəqliyyatında isə 1,4 faiz artıb.
Mənbə:> Oxu.Az