TRASEKA-nın Azərbaycan hissəsində 28 milyon ton yük daşınıb
Bu ilin yanvar-iyul ayları ərzində Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASEKA - red.) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 28 milyon 359 min ton, yük dövriyyəsi isə 5396,9 milyon ton-km olub.
Bu barədə Dövlət Statistika Komitəsindən Oxu.Az-a bildirilib.
Yüklərin 18 milyon 223 min tonu və ya 64,3%-i avtomobil nəqliyyatı, 7576,1 min tonu və ya 26,7%-i dəmir yolu nəqliyyatı, 2559,7 min tonu və ya 9%-i dəniz nəqliyyatı ilə daşınıb.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 8,2% azalma müşahidə edilib.
Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 18,5% və 34%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8% artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,8%ni və ya 4197,9 min tonunu tranzit yüklər təşkil edib.
Bu ilin yanvar-iyul aylarında dəhliz vasitəsilə 196,7 milyon sərnişin daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,3% artıb.
Mənbə:> Oxu.Az