Cüneyt Çakır tarixə düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Futbol

Cüneyt Çakır tarixə düşdü

Cüneyt Çakır tarixə düşdü


Türkiyəli FİFA referisi Cüneyt Çakır Rusiyada təşkil olunan DÇ-2018-in Mərakeş - İran matçını idarə etməklə tarixə düşüb.

AzNews.info komanda.az-a istinadən xəbər verir ki, 41 yaşlı hakim ardıcıl iki dünya çempionatında oyun idarə edən ilk türkiyəli ədalət təmsilçisinə çevrilib.

Çakır 2014-cü ildə Braziliyada təşkil olunan DÇ-də də iş başında olmuşdu. O, həmin mundialda 3 oyun idarə etmişdi.

Qeyd edək ki, Çakırın bu dəfəki mundialda idarə etdiyi ilk oyunda İran Mərakeşi 90+5-ci dəqiqədə vurduğu yeganə qolla məğlub etdi. Türkiyəli FİFA referisi bu oyunda bütövlükdə 4 sarı vərəqə göstərdi ki, onlardan 3-ü iranlı, 1-i isə mərakeşli futbolçulara "qismət oldu".

Çakır bu matçla 162-ci beynəlxalq oyununu idarə etdi.

Mənbə: Komanda.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *