Əliyar Ağayev Avroliqa oyununu idarə etdi – VİDEO
Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Avropa Liqasında daha bir qrup oyununu idarə edib.
Aznews.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həmyerlimiz H qrupu çərçivəsində Türkiyədə yerli “Konyaspor”la Portuqaliyanın “Braqa” klubunun qarşılaşmasında baş hakim olub.
Ona bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov, qapı arxasında Rəhim Həsənovla Orxan Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirib.
Oyuna gəlincə, türklər 9-cu dəqiqədə hesabı açsalar da, 55-ci dəqiqədə qonaqlar bərabərlik qoluna imza atıblar. Nəticədə matç 1:1 hesabıyla bitib. Ağayev meydan sahiblərinin iki, qonaqların bir futbolçusuna sarı vərəqə göstərib.
Mənbə:> Qafqazinfo.az