Kamran Ağayev debütündə 3 qol buraxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

Kamran Ağayev debütündə 3 qol buraxdı – VİDEO

Kamran Ağayev debütündə 3 qol buraxdı


Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın “Boavişta” futbol komandasının heyətində ilk rəsmi matçına çıxıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, VI turun açılış oyununa təsadüf edən qarşılaşmada rəqib “Portu” olub.

“Draqau” stadionunda keçirilmiş Portu derbisi meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə “Boavişta”nın futbolçusu Nunu Enrike açıb. Lakin 19-cu dəqiqədə “Boavişta” müdafiəçilərinin süni oyundankənar vəziyyət yaratmaq istəkləri uğursuz alınıb və Andre Silva yaxın məsafədən Ağayevlə üz-üzə qalaraq hesabı bərabərləşdirib. 41-ci dəqiqədə isə o, penaltini dəqiq yerinə yetirib. Azərbaycanlı qapıçı topun istiqamətini müəyyənləşdirsə də, zərbəni dəf edə bilməyib.

Oyunda son nöqtə isə 86-cı dəqiqədə qoyulub. Bu dəfə “Portu”nun futbolçusu Aleks Tellesin cinah asmasından sonra Ağayev topu əlində saxlaya bilməyib. Nəticədə top qapı dirəyinə dəyərək tora daxil olub.

Beləliklə, “Boavişta”nın uduzduğu qarşılaşmaya Kamran Ağayev kobud səhvi ilə damğa vurub. Bu nəticədən sonra “Portu” 13 xalla 2-ci pilləyə yüksəlib. “Boavişta” isə hələlik 5 xalla 12-ci pillədədir.


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *