Tottini cəzalandıran azərbaycanlı hakim: Oyundur da » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Futbol

Tottini cəzalandıran azərbaycanlı hakim: Oyundur da

Tottini cəzalandıran azərbaycanlı hakim: Oyundur da


Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Premyer Liqada bu gün əlavə hakim köməkçisi olduğu “Neftçi” – “Kəpəz” matçından sonra brifinq keçirib.

AzNews.info xəbər verir ki, gənc referimiz “Report”un oyunda olan əməkdaşının da suallarını cavablandırıb.

- Bu həftə Avropa Liqasının qrup mərhələsində “Roma” - “Astra” matçını idarə etdin. Oyunun hakim-inspektoru işinə necə qiymət verdi?

- Hakim-inspektor ümumilikdə idarəçiliyimdəm razı qaldı. Ancaq qiymət dərhal yox, matçdan 2-3 gün sonra açıqlanır. Bu, həm AFFA-ya, həm də özümə gəlir.

- Bundan sonra səni daha yüksək səviyyəli oyunda görə bilərikmi?

- Bu sualı mənə çox verirlər. Çempionlar Liqasının qrup oyununu idarə etmək üçün ən azı 1-ci kateqoriyalı hakim olmalısan. İnşallah, bura yüksələrəm, ondan sonra təyinat alaram.

- Sosial şəbəkələrdə Françesko Tottinin 40 illik yubileyində ona sarı kartı verdiyin qabardıldı...

- Oyundur da.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *