AFFA-dan sərt cəza: Azərbaycanlı futbolçuya 1 illik qadağa » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Futbol

AFFA-dan sərt cəza: Azərbaycanlı futbolçuya 1 illik qadağa

AFFA-dan sərt cəza: Azərbaycanlı futbolçuya 1 illik qadağa


AFFA-nın İntizam Komitəsi futbol üzrə ölkə çempionatının I Divizionunda XVIII turun “Şahdağ” –“Ağsu” matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, qərarda bildirilir ki, oyunun 83-cü dəqiqəsində hakim “Ağsu” klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və klubun futbolçusu Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırıb.

Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandanın 11 metrlik cərimə zərbəsi vurmasına icazə verib və rəqib qol vurub. Bundan sonra “Ağsu”nun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirib, hakim isə öz növbəsində 11 metrlik cərimə zərbəsininin təkrar vurulması qərarını qəbul edib.

“Şahdağ”ın futbolçusu ikinci cəhddə topu qapıdan keçirə bilməyib və “Ağsu”nun futbolçusu Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinib (hərəkətdə heç bir qeyri-etik jest yoxdur). “Şahdağ”ın futbolçusu Şıxqayıb Şıxqayıbov isə ona hücum çəkib və bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına, oyunda fasilə yaranmasına səbəb olub. Matç sona kimi oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:

“Şahdağ” klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunur;

83-cü dəqiqədə “Ağsu”nun futbolçusu Ruslan Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

87-ci dəqiqədə “Ağsu”nun futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilir;

“Şahdağ”ın futbolçusu Şıxqayıb Şıxqayıbov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur;

“Ağsu”nun inzibatçısı Ənvər Hacıyev (oyunun hakim səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazıb) baş vermiş hadisənin əsas səbəbkarlarından biri olduğu üçün 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur;

Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur;

PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qurumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin;

Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsi baxsın və İntizam Komitəsinə məlumat versin.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *