AFFA "Qarabağ"ı çempion olduğu oyuna görə cəzalandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

AFFA "Qarabağ"ı çempion olduğu oyuna görə cəzalandırdı

AFFA "Qarabağ"ı çempion olduğu oyuna görə cəzalandırdı


"Report"un məlumatına görə, XXXIV turun “Sumqayıt”la matçı başa çatdıqdan sonra Ağdam komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib.

Bu səbəbdən, klub 1000 manat cərimə olunub. İki klubun əvəzediciləri arasındakı görüşün 57-ci dəqiqəsində isə “Qarabağ”ın məşqçisi Aftandil Hacıyev texniki zona qaydalarını pozub. Nəticədə o, 1 oyun cəzalanıb, klubu 500 manat ziyana düşüb.

Əvəzedicilərin yarışı ilə bağlı ən sərt cəzaya "Bakı" klubu məruz qalıb. Paytaxt təmsilçisi “Simurq”la Zaqataladakı qarşılaşmada iştirak etmədiyindən, 0:3 hesablı texniki məğlubiyyətə və 2500 manat cəriməyə məruz qalıb.

I Divizionda isə “Şuşa Qarabağ”ın baş məşqçisi Nadir Qasımov “Kəpəz”lə oyundan sonra meydana daxil olaraq geniş kütlə qarşısında hakimlər briqadasına qarşı təhqiramiz ifadələr işlədib. İntizam Komitəsi təcrübəli mütəxəssisin 10 oyun stadiona girişinə qadağa qoyub, klub 2000 manat cərimələnib.

"Rəvan" klubunun futbolçusu Tural Nərimanov da sərt cəza ilə üzləşib. O, "Mil-Muğan"la matçın 85-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edərkən, rəqibə qarşı təhqiredici ifadələr işlədib. Nəticədə Nərimanov 3 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 18:04
  • Yazan: Augustin
That hits the target peeytcrlf. Thanks!

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *