Azərbaycan futbolçuları qəzaya düşdü: oyun keçirilmədi
Peşəkar Futbol Liqasının texniki-idman şöbəsinin rəisi Zamiq Hüseynovun sözlərinə görə, "Bakı"nın avtobusu qəzaya uğrayıb və bu səbəbdən matç təxirə salınıb: "Mən məsələ ilə bağlı saat 12 radələrində "Bakı"nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladım. O, mənə dedi ki, onları Zaqatalaya daşıyan avtobus Şamaxı yolunda qəzaya uğrayıb.
O bildirdi ki, görüşün təxirə salınması üçün bizə məktub ünvanlayacaq. Lakin Yaşar Seyidova bunun qeyri-mümkün olduğunu bildirdim. Artıq hakimlər də ora gedib. "Simurq" meydana çıxacaq, görəcək ki, rəqib yoxdur, hakim də bunu protokola qeyd edəcək. Sonrasını İntizam Komitəsi aydınlaşdıracaq".
Bildirilir ki, "Simurq"-"Bakı" matçı saat 14:00-da başlamalı idi.
Mənbə:> Futbolpress.az