“Çakır”ın həbsi tələb olunur – FOTO
Məşhur türkiyəli aktyor Oktay Kaynarcaya (“Qurdlar vadisi” serialından Çakır obrazı ilə tanınır) qarşı həbs tələbi ilə iş açılıb.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul məhkəməsində aktyora aid olan yaxtada müqaviləsiz və oğurluq su istifadə etməsi haqqıda iddia qaldırılıb. Onun 2 aydan 6 aya kimi həbsi tələb edilib.
Aktyor bu haqda açıqlama verib:
“Yaxta, əslində, mənə aid deyil, lakin ondan mən istifadə etmişəm. Ərazidə olan bütün yaxtalar elektrik və su ehtiyaclarını oraya abunə olan yaxta sahiblərindən alırdı. Biz suyu Metin adlı rəsmi abunə olduğunu bildiyimiz bir şəxsdən alırdıq. Mən də 200 lirə su pulu ödədim. Bəraət qazanmağımı istəyirəm”.
Oktay Kaynarcanın vəkili də aktyorun günahı olmadığnı bildirərək onun bəraətini tələb edib.
Mənbə:> Oxu.Az