Saatlıda 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Saatlıda 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb – YENİLƏNİB

Saatlıda 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb

Dünən Saatlının Sımada kəndində pambıq sahəsində çalışanlardan 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə virtualaz.org-a Saatlı rayon icra hakimiyyətinin başçısının müavini Reyhan Ocaqova məlumat verib.

R.Ocaqovanın sözlərinə görə, İcra Hakimiyyətinin mütəxəssisləri də hadisə yerində olublar. “Bu gün biz də getdik, ekspertlər hadisə yerində işləyirlər. Faktla bağlı Saatlı polis şöbəsi tərəfindən araşdırma aparılır. Zəhərlənmənin nədən baş verdiyini ekspertlər müəyyənləşdirəcəklər”, - R.Ocaqova əlavə edib.

Zəhərlənənlər arasında nisbətən vəziyyəti ağır olan və Bakıdakı Respublika Toksikologiya Mərkəzinə köçürülən 4 nəfər 30-35 yaşlı qadınlardır. Zəhərlənmənin səbəbini öyrənmək üçün onlardan qan nümunələri götürülüb. Mərkəzin rəhbəri Azər Maqsudov saytımıza bildirib ki, zəhərlənən pambıqçıların vəziyyəti yaxşıdır, həyatları üçün təhlükə yoxdur. Onlar yaxın günlərdə evə buraxılacaqlar. “Qadınların sözlərinə görə, bir neçə gün əvvəl sahə alaq otuna qarşı dərmanlanıb. Belə güman edirəm ki, təhlükəsizlik qaydalarına riayət olunmayıb. Dərmanın iyi təsir edib, nəticədə, zəhərlənmə əlamətləri yaranıb”, - Maqsudov söyləyib.

Həkim əlavə edib ki, alaq otuna qarşı istifadə edilən dərmanlar ağır zəhərlənməyə səbəb ola bilər.

Daxili İşlər Nazirliyindən isə bildirblər ki, faktla bağlı gün ərzində açıqlama veriləcək.

Saatlıda 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb


* * *09:41

Dünən Saatlının Sımada kəndində pambıq sahəsində çalışan 24 nəfər kimyəvi dərmandan zəhərlənib. Onlardan 4-nün vəziyyəti ağır olduğundan Bakıdakı Respublika Toksikologiya Mərkəzinə köçürülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova virtualaz.org-a bildirib ki, zəhərlənənlər Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriləndən sonra Bakıdan həkim briqadası göndərilib.

Virtualaz.org-un Şirvan bürosu xəbər verir ki, zəhərlənənlər Sabirabad rayonunun Moranlı kəndinin sakinləridir. Onlar günəmuzd pambıq sahələrində çalışırlar. İlkin araşdırmalara görə, kütləvi zəhərlənməyə pambıq sahələrindəki alaq otlarına qarşı istifadə edilən “Meqasun” adlı preparat səbəb olub. Təlimata əsasən, həmin preparation tətbiqindən sonra 10 gün ərzində sahəyə daxil olmaq qadağandır. Lakin təlimata əməl edilməyib, işçilər ertəsi gün işə çıxıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, mayın 7-də Sabirabadın Şəhriyar kəndində pambıq sahəsinə işçi daşıyan traktorun lafeti qoparaq su kanalına düşmüşdü. Nəticədə, bir ailənin iki üzvü olmaqla 7 nəfər dünyasını dəyişmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *