Bakıda ticarət mərkəzində zəhərlənənlər evə buraxıldı
Bakıda "Metropark" ticarət mərkəzində dəm qazından zəhərlənənlərin hamısı evə buraxılıb.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, xəstəxanaya gətirilən zəhərlənən 25 nəfər müayinə edildikdən sonra evə buraxılıblar.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, ilkin ehtimala görə, ticarət mərkəzinə bitişik binalardan birindən qaz sızması nəticəsində yeraltı dayanacaqda dəm qazı yaranıb.
Qeyd edək ki, Bakıda "Metropark" ticarət mərkəzində yeraltı dayanacaqda dəm qazından 30-dan artıq insan zəhərlənib.
Mənbə:> ANSPRESS