Ticarət mərkəzində baş verən insidentin səbəbi məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Foto

Ticarət mərkəzində baş verən insidentin səbəbi məlum oldu – FOTO

Ticarət mərkəzində baş verən insidentin səbəbi məlum oldu


Bakının Nizami rayonunda ticarət mərkəzinin damına çıxaraq intihar etmək istəyən şəxsin problemi məlum olub.

ANS PRESS-in məlumatına görə, bu barədə ANS TV-nin Şəbəkə verilişinə oxucular məlumat veriblər.

Verilən məlumata görə, Ticarət mərkəzinin damına çıxan orta yaşlarında bir kişi əlindəki bıçaqla öncə özünə xəsarət yetirib. Sonra isə o, özünü aşağı atmaq fikrinə düşüb. Əraziyə toplaşmış insanlardan kimisi “özünü at, çıxaq gedək” deyərək, onu intihara səsləyib. Kimisi də yardım etməyə çalışıb.

Bildirilib ki, adam kredit borclarına görə ölmək istəyirmiş. Son anda hadisə yerinə həmin şəxsin bacısını çağırdılar.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Özünün hündürlükdən yerə atmaq istəyən 1981-ci il təvəllüdlü Kənan Fazil oğlu Abbasov xilas olunub.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ticarət mərkəzində baş verən insidentin səbəbi məlum oldu

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *