Azərbaycanda 52 nəfər sirkə içərək intihar etmək istəyib
Bu il ilan sancmasından 41, əqrəb sancmasından isə 3 nəfər Respublika Taksikologiya Mərkəzinə müraciət edib. Ümumilikdə isə, 565 müraciət daxil olub.
Virtualaz.org saytı xəbər verir ki, bunu mərkəzin rəhbəri Azər Maqsudov bu gün keçirilən tədbirdə deyib.
A.Maqsudovun sözlərinə görə, ilin 6 ayında 241 nəfər dərmanla zəhərlənmə, 133 nəfər dəm qazı zəhərlənməsi, 52 nəfər isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib. Sirkə turşusu içən 2 nəfər isə ölüb.
Mərkəz rəhbəri Sumqayıtda polietelin zavodunda zəhərlənən 11 nəfərdən birinin mərkəzə gətirildiyini, həmin şəxsin vəziyyəti orta ağır qiymətləndirilib.
Mənbə:> Virtualaz.org