İkinci devalvasiyadan sonra banklara borcu olan 18 nəfər intihara cəhd edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

İkinci devalvasiyadan sonra banklara borcu olan 18 nəfər intihara cəhd edib

İkinci devalvasiyadan sonra banklara borcu olan 18 nəfər intihara cəhd edib


Azərbaycanda fevral ayında baş verən ikinci devalvasiyadan sonra sirkə turşusu içərək özünə qəsd edənlər Klinik Tibbi Mərkəzə müraciət edib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, fevral ayında sirkə turşusundan zəhərlənmələr qeydə alınıb ki, onlar banklara kredit borcu olanlardır:

“Fevral ayında banklara borcu olan 6 nəfər sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Mart ayında eyni halla bağlı 8 nəfər müraciət edib. Aprel ayından isə belə müraciətlərin sayı azalıb. Aprel və may aylarında ümumilikdə bu halla bağlı cəmi 4 nəfər xəstəxanaya müraciət edib”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *