Azərbaycanda kimyəvi zəhərlənmə yolu ilə intihar edənlərin sayı artıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Azərbaycanda kimyəvi zəhərlənmə yolu ilə intihar edənlərin sayı artıb

Azərbaycanda kimyəvi zəhərlənmə yolu ilə intihar edənlərin sayı artıb


Ötən il Azərbaycanda 2234 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb, 57 nəfər isə kimyəvi zəhərlənmədən dünyasını dəyişib.

Aznews.info xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.

Onun sözlərinə görə, kimyəvi zəhərlənməyə məruz qalanların və bu zəhərlənmələrdən ölənlərin sayı 2015-ci illə müqayisədə azalıb. 2015-ci ildə kimyəvi zəhərlənməyə 2462 nəfər məruz qalıb, 68 nəfər dünyasını dəyişib. Kimyəvi zəhərlənmələr daha çox 20-29 yaş qrupu arasında olan insanlar arasında qeydə alınıb. Bu yaşda kimyəvi zəhərlənməyə məruz qalanlar ümumulikdə kimyəvi zəhərlənənlərin 27 faizini (618 nəfər) təşkil edib.

İ.Əfəndiyev əlavə edib ki, kimyəvi zəhərlənmələrin çoxu dərmanlardan baş verib:

“Xəstələrin 32 faizi dərmanlardan zəhərlənib. Dərman zəhərlənmələri daha çox əsəbə qarşı - sedativ tərkibli dərmanlardan baş verib. Onların əksəriyyəti intihar xarakterli zəhərlənmələr olub. Ümumiyyətlə, böyüklərdə dərman zəhərlənmələri, əsasən, su-qəsd xarakterli olur”.

İ.Əfəndiyev qeyd edib ki, ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 893 nəfəri, yəni 40 faizi (ötən il 30 faizi) bunu özünə sui-qəsd etmək məqsədilə edib. Həmin xəstələrin çoxu qadınlar, xüsusilə, cavan qadınlar olub. Qadınlar dərman və sirkə turşusu içməklə özlərinə sui-qəsd etmək istəyiblər.

İ.Əfəndiyev bildirib ki, 2016-cı ildə 253 nəfər, 2015-ci ildə isə 278 nəfər sirkə turşusu içməklə özünü zəhərləyib.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *