Barmaq şıqqıldatmaq zərərlidir?
Gündəlik həyatda tez-tez rastlaşdığımız hərəkətlərdən biri barmaq şıqqıldatmaqdır.
AzNews.info moderator.az-a istinadən bildirir ki, bu hərəkət çox insan tərəfindən zərərli olduğu düşünülsə də əslində yanlış düşüncə olduğu ortaya çıxıb. Barmaq şıqqıldatmağın zərərli olub-olmadığı haqqında aparılan araşdırmada məlum olub ki, burada ciddi bir təhlükə yoxdur. Bu barmaqlarda duzların yaranmasının qarşısını alır. Amma əlin hissiyatını azaldır.
Xalq arasında barmaq şıqqıldatmağın bir müddət sonra əllərdə əsməyə səbəb olacağı bildirilir. Əllərdəki əsmə oynaqlarla bağlı problemdir. Barmaq şıqqıldatmağın tək zərərli tərəfi əlin hissiyatını azaltmağıdır.
Mənbə:> Moderator.az