Yatan ərinin barmaq iziylə telefonunu açdı: həyatının şokunu yaşadı
Qətərin Doha şəhərindən İndoneziyanın Bali şəhərinə doğru istiqamətlənən təyyarədə bir qadın sərnişin yanında yatan ərinin barmaq iziylə telefonunu açıb.
Milli.Az "Times" qəzetinə istinadən xəbər verir ki, telefonunu yoxlayan zaman ərinin xəyanət etdiyini aşkarlayan qadın həyat yoldaşını vurmağa başlayıb. Qəzəbli qadını sakitləşdirmək mümkün olmayıb, vəziyyətin daha da kritikləşdiyini görən səlahiyyətlilər təyyarəni təcili Hindistanın Çennay şəhərində endirmək məcburiyyətində qalıblar.
İranlı cütlük və uşaqları təyyarədən düşürüldükdən sonra təyyarə İndoneziyaya doğru yola davam edib.
Cütlük Hindistan vizası olmadığı üçün bu ölkədə nəzarət məntəqəsində saxlanılıb.
Qadın sakitləşdikdən sonra ailə Qətərə geri qayıdan bir təyyarəyə minib.
Mənbə:> Milli.Az