Fleşmob: "Sarkisyan üçün orta barmaq" – FOTO
Ermənistanda bir sıra vətəndaş fəalları “feysbuk” sosial şəbəkəsində kifayət qədər diqqətçəkən fleşmob təşkil ediblər.
Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, Yeni ilə bir neçə dəqiqə qalmış sosial şəbəkənin onlarla fəal istifadəçisi "Sarkisyan üçün orta barmaq" başlığı altında event hazırlayıblar. Sonra isə onlar bütün telekanallarda prezident Serj Sarkisyanın və katolikos İkinci Qareginin təbrik nitqi translyasiya olunarkən onu əlin məlum və məşhur jest şəkilləri ilə teleekranların fonunda paylaşmağa başlayıblar.
Mənbə:> Virtualaz.org