Vahan Martirosyan yenidən Bakıya gəlib
Erməni hüquq müdafiəçisi və jurnalist, hazırda haqqin.az və virtualaz.org-un xüsusi müxbiri olan Vahan Martirosyan yenidən Bakıya gəlib.
Virtualaz.org-a məlum olub ki, Vahan Martirosyan, Vahe Avetyan və digər erməni ictimai fəallarla birlikdə Bakıdakı sülhməramlı konfransda iştirak edəcək.
Gözlənildiyinə görə, erməni hüquq müdafiəçiləri Bakıdakı Xocalı soyqırımı abidəsini ziyarət edəcək və abidənin önünə çiçək dəstələri qoyacaqlar.
Xatırladaq ki. ötən ilin sentyabr ayında hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə şəxsi və ailəsinin təhlükəsizliyini qorumaq məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi. Bir neçə ay Azərbaycanda qaldıqdan sonra Vahan Martirosyan öz arzusu ilə üçüncü ölkəyə göndərilmişdi.
Mənbə:> Virtualaz.org