Martirosyan: Qarabağ sakinləri Azərbaycana birləşməyin lehinə səs verərdilər
Əgər indi Dağlıq Qarabağda referendum keçirilsə, Bako Saakyan və Serj Sarqsyan müdaxilə etməsə, o zaman müharibənin ağrısını yaşamış yaşlı nəsil Dağlıq Qarabağın Azərbaycana birləşməyin lehinə səs verərdi.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycandan siyasi sığınacaq istəyən “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan bu gün Bakıda bildirib.
“Orada torpaqlar boşdur. Baxmayaraq ki, Şuşanın inkişafı üçün milyonlarla dollar ayrılıb, şəhər ölü və boşdur. Orada hər kilometrdə bir insan yaşayırsa, bu yaxşıdır və həmin insan qoca olacaq. Orada heç kəs yaşamır. Orada əhali, hərbçiləri saymasaq, təqribən 40 min nəfərdir”, - o deyib.
Martirosyanın sözlərinə görə, Sarqsyan və Koçaryan familyalarının “yan” sonluğu olsa da, onlar erməni deyillər.
“Onlar istənilən milliyətdən ola bilərlər, ermənidən başqa. Onlar Ermənistanı, onun xalqını sevmirlər. Onlar hətta xalqa nifrət edirlər”, - o əlavə edib.
Mənbə:> Oxu.Az