Ermənistanda Sarkisyanın dindirilməsi tələb olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Ermənistanda Sarkisyanın dindirilməsi tələb olunur

Ermənistanda Sarkisyanın dindirilməsi tələb olunur


Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts Ermənistanın Baş Prokurorluğuna müraciət edərək 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktına dair iş üzrə prezident Serj Sarkisyanın dindirilməsini tələb edib.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, ötən gün “Respublika” partiyasının rəhbəri Aram Sarqsyan yerli telekanalların efirində 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktını şərh edərkən bildirib ki, Serj Sarkisyan vaxtilə ona qeyd olunan cinayətin təşkilatçısının kim olduğunu nə vaxtsa açıqlayacağını etiraf edib.

Artur Sakuntsun sözlərinə görə, Serj Sarkisyan nəticəsiz qala bilməyən çox mühüm faktı qeyd edib.

“Bu bəyanata əsasən, dövlətin əsas rəsmi yüksəkvəzifəli şəxsi cinayət barədə məlumatı gizlədib, bu isə cinayət məsuliyyətinə cəlb etmək üçün əsas verir. Bu, iş üzrə yeni faktın üzə çıxmasıdır və baş prokuror bu bəyanatın araşdırılmasına və Serj Sarkisyanın dərhal dindirilməsinə dair Milli Təhlükəsizlik Xidmətinə göstəriş verməyə borcludur. Bundan başqa, məsələ ilə bağlı parlamentdə xüsusi toplantı çağırılmalıdır və Serj Sarkisyan parlament qarşısında izahat verməlidir”, deyə Artur Sakunts bildirib.

Qeyd edək ki, Serj Sarkisyanın dindirilməsinə dair tələb Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri adından artıq Ermənistanın Baş Prokurorluğuna göndərilib.

1999-cu il oktyabrın 27-də bir qrup silahlı şəxs Ermənistan parlamentinin binasına daxil olaraq baş nazir Vazgen Sarkisyanı, spiker Karen Dəmirçyanı, iki vitsü-spikeri, operativ məsələlər üzrə naziri və üç deputatı qətlə yetiriblər.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *