Kreml Sarkisyanın qulağını buracaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Kreml Sarkisyanın qulağını buracaq

Kreml Sarkisyanın qulağını buracaq


Ermənistan prezidenti Serj Sarkisyanın "Washington Post" qəzetinə verdiyi müsahibədə səsləndirdirdiyi fikirlər erməni mediasında kəskin tənqidlərlə müşaiyət olunmaqdadır.

ANS PRESS-in məlumatına görə, erməni yazar Akop Badalyan Sakisyanın Ermənistanı geosiyasi "tupik"ə saldığını bildirib.

Onun sözlərinə görə, Sarkisyanın ABŞ prezidentinin ünvanına dediyi "Obama 24 aprel müraciətində söyqırım sözünü işlətməməklə bəşəri dəyərləri ABŞ-ın maraqlarına qurban verdi" sözləri Kremlə xoş gəlmək üçün söyləyib: "Əslində Serj Sarkisyan Moskvaya Vaşinqtondan uçacağını bildiyindən bu sözləri deyib ki, Rusiyada "lazimsız" suallarla üzləşməsin. Görəsən Sarkisyan ABŞ-ın maraqları üçün nə edib ki, Obama "soyqırım" sözünü işlətsin. ABŞ indiyə kimi Ermənistana 2 milyard dollar yardım edib. Ancaq Sarkisyan və ondan əvvəl prezident olanlar erməni xalqına bir qəpiklik xidmətləri olmayıb".

"Sarkisyan hara uçduğunu unutmayıb" başlıqlı məqalədə müəllif bildirir ki, Qarabağ problemi həll olunandan sonra da Ermənistan geosisiyasi "tupik"dən çıxa bilməyəcək: "Sarkisyan hakimiyyəti ölkəni o vəziyyıtə gətirib ki, Ermənistanın iqtisadi blokadadan çıxmaq və Avropaya inteqrasiya etmək şansı qalmayıb".

Göründüyü kimi artıq erməni ictimaiyyəti də dondurulmuş Qarabağ münaqişəsinin onların ziyanına işlədiyini və Serj Sarkisyan hakimiyyətinin Ermənistanı Rusiyanın vassalına çevirdiyinin fərqindədir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *