Lənkəranda bir qrup şəxs evə basqın edib » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Lənkəranda bir qrup şəxs evə basqın edib

Lənkəranda bir qrup şəxs evə basqın edib


Bu gün Lənkəranda evə basqın olub.

AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə saat 12 radələrində qeydə alınıb.

Biri qadın olmaqla, 3 naməlum şəxs şəhərin Vaqif Məmmədov küçəsi, 26 ünvanında yerləşən evə daxil olub. Həmin şəxslər evdə olan 1997-ci il təvəllüdlü Ülviyyə Eyvaz qızı Ağayevaya iynə vurublar və Ü. Ağayeva huşunu itirib. Daha sonra onlar evdəki qızıl-zinət əşyalarını aparıblar.

Ü. Ağayeva xəstəxanaya yerləşdirilib. Polis hadisə yerinə gəlib, istintaq üçün zəruri olan barmaq izləri götürülüb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisəni törətmiş şəxslərin tapılması üçün tədbirlər görülür.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *