Məktəb direktorunun evindən 100 min manatlıq oğurluq
Lənkəranda məktəb direktorunun evi yarılıb
AzNews.info APA-ya istinadən məlumatına görə, Lənkəran şəhər sakini, rayonun Darquba kənd orta məktəbinin direktoru işləyən 1973-cü il təvəllüdlü Mayis Vəfa oğlu Kazımov Lənkəran şəhər Polis Şöbəsində ərizə ilə müraciət edərək ona məxsus olan Lənkəran şəhərində, Böyükağa Mirsalayev küçəsi-18 ünvanında yerləşən mənzildən 100 min manatlıq qızıl-zinət əşyalarının, mobil telefon, noutbuk, kredit kartlarının oğurlandığını bildirib.
Polisin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat İbad oğlu Əlizadə isti izlərlə saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Faktla Lənkəran şəhər Polis Şöbəsində cinayət işi başlanıb.
Mənbə:> APA