Bakıda ərlə arvad bir-birini bıçaqlayıb, qadın ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda ərlə arvad bir-birini bıçaqlayıb, qadın ölüb

Bakıda ərlə arvad bir-birini bıçaqlayıb, qadın ölüb


Bakıda qətl hadisəsi baş verib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonunun Azadlıq prospekti 30/23-cü məhəllə, mənzil 1 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Nazim Miraslan oğlu Ağayevlə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Mehriban Yusif qızı Ağayeva arasında münaqişə baş verib.

Münaqişə zamanı N. Ağayev həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Daha sonra M. Ağayeva mətbəxdən bıçaq gətirərək N. Ağayevi bıçaqlayıb.

M. Ağayeva aldığı xəsarətlər nəticəsində ölüb, N. Ağayev isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *