Azərbaycanlı iş adamı etiraf etdi: “Boğazını və qulağını kəsdim” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Video

Azərbaycanlı iş adamı etiraf etdi: “Boğazını və qulağını kəsdim” – VİDEO

Azərbaycanlı iş adamı etiraf etdi: “Boğazını və qulağını kəsdim”

ARB TV-dən virtualaz.org-a verilən məlumata görə, telekanalın “Rezonans” verilişi bu dəfə məhbus Əkrəm Yusifovun həbsxana hekayələrini təqdim edib.

8 il müddətinə azadlıqdan məhrum edilmiş Əkrəm Yusifov deyib:

“2004-cü ildə qəzaya düşdüm və 15 gün komada qaldım. 6 ay yeriyə bilmədim. Sonra yavaş-yavaş yeriməyə başladım. Daha sonra sahibkarlıqla məşğul olmağa başladım. Biznesim böyüdü və xaricdə də şirkətim oldu. Rusiyadan Azərbaycana taxta göndərirdim. Azərbaycandakı firmama da müdir təyin etmişdim. Hansısa bir fırıldaq adam bunu aldadıb. Bankdan pul götürdülər. Mən də razılaşdım. Amma sonra Bakıya gələndə gördüm ki, pulu mən deyən qədər yox, daha çox götürüblər. Girov olaraq da daşınmaz əmlakımı qoyublar. Pulu soruşduqda isə xərcləndiyini dedilər. Həmin İlqar adlı şəxs bir dəfə mənə zəng elədi ki, bəs mənim ad günümdür, sən də gəl. Getmək istəmirdim, bir az təkid etdikdən sonra razılaşdım. Bir az içdik və ad günündən çıxanda avtomobilə əyləşdik. Sürmək istəyəndə qoymadım ki, bir nəfəri çağırmışam gəlib aparsın bizi. Bu əlimdən vurub məni söydü. Maşından düşüb bunun boğazını və qulağını kəsdim. Mənim 3 uşağımın 3-ü də universitetdə oxuyur. Mən atalıq borcumu yerinə yetirə bilmədim”.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *