Quda qatili: Gəlinsiz toy elədim » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Video

Quda qatili: Gəlinsiz toy elədim – VİDEO

Quda qatili: Gəlinsiz toy elədim

ARB TV-nin “Rezonans” verilişində quda qatili, məhbus Fəxrəddin Hüseynov inanılmaz həyat hekayəsini bölüşüb.

Oxu.Az xəbər verir ki, 9 il iş alan Hüseynov həbsə necə düşdüyünü açıqlayıb:

“Xalam oğlu quda olmaq istədi. Əvvəl razı deyildim, amma məcbur razılaşdım. Sonradan mənim oğlum onun qızını istəyəndə ürəyim rahat oldu. Lakin qudam buna razı olmadı. Bir dəfə getdim, iki dəfə getdim, vermədilər.

Sonra oğlum qızı qaçırtdı və aramız pisləşdi. Toya üç gün qalmış gəldi polislə qızı apardı. Gəlinsiz toy elədim. Səkkiz ay məhkəmələrdə, polislərdə süründüm. Heç cür barışmaq istəmirdi. Ağzından çıxan söyüşləri deyirdi mənə.

Söhbətin üstündən səkkiz ay keçmişdi, lakin hələ barışmaq istəmirdi. Getdim görüşməyə, avtomobilə oturanda düşündüm ki, səkkiz ayda hirsi soyuyar, normal danışarıq. Əyləşən kimi başladı məni söyməyə. Anamı, atamı, qardaşımı söydü. Dözmədim, cibimdə balaca bıçağım var idi. Bıçağı çıxardan kimi görüb qorxdu, avtomobili yola sürmək istədi ki, qəza olsun, həm özü ölsün, həm də mən.

Əlimi saldım rolun arasına, biləyimdən vurdu. Mən isə bıçaqla iki dəfə onun boynundan vurdum. Qorxdum, bilmədim nə edim. Gedib polisə təslim oldum, dedim ki, qızımı onlardan götürün evimə qoyun, sonra mənə nə edirsiz edin”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *