Azərbaycandan olan iki gözəllik kraliçası niyə həbs edilib? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Azərbaycandan olan iki gözəllik kraliçası niyə həbs edilib? – VİDEO

Azərbaycandan olan iki gözəllik kraliçası niyə həbs edilib?

Azərbaycandan olan gözəllik kraliçaları Dinara Məmmədova və Qalina Babayeva həbsxanadadırlar. Özü də onlardan biri Rusiya həbsxanasında, ikincisi isə - Azərbaycanda cəza çəkir. ARB TV telekanalında yayımlana "Rezonans" proqramı onların faciəli həyat yolu barədə veriliş hazırlayıb.

Virtualaz.org bildirir ki, verilişdə həbsdəki düşən gözəllik kraliçaları həyat hekayələrini bölüşüblər.

6 il həbs cəzası alan Dinarə Məmmədova: "İki dəfə Azərbaycan gözəli olmuşam. Bu hamı üçün şok oldu. Çünki bizim ailədən həbsə düşən olmayıb. Heç kim buna inanmırdı ki, mən həbsə düşərəm. Elə insanlar oldu ki, məndən üz döndərdi. Amma yaxın qohumlarım yanımda olub, mənə dəstək oldular. Ailəmlə birgə Rusiyaya köçüb öz biznesimi qurmağa qərar verdim. Orada məktəb açıb, Şərq dillərindən dərs deyirdim. Sənədlərdə problemlər var idi. Rusiya vətəndaşı olmadığım üçün sənədlərdə sıxıntı var idi. Bir rəfiqəm dedi ki, sənədləri mənim adıma edək və mən formal direktor olum. Etiraz etmədim. İşlərimiz yaxşı gedirdi, Moskvada filial açmaq qərarına gəldik. Mən Moskvaya gedib işlərlə məşğul olmağa başladım. Mən bu işlərin dalınca gedəndə, o, tələbələrə demişdi ki, guya mən qaçıb gizlənmişəm, daha gəlməyəcəm. Moskvadan qayıdanda isə artıq əleyhimə polisə 40-a yaxın şikayət ərizəsi daxil olmuşdu. Dəhşətə gəldim. Nə deyəcəyimi bilmirdim. Mən o adamlardan aldığım pulları boş yerə götürməmişdim. Amma heç kim mənə inanmadı. Bundan sonra tanışlarım içərisində qadın rəfiqəm olmayacaq. Gələcəyə dair planlarım çoxdur. Buradan çıxandan sonra yenə məktəb açacam və həmin səhvləri etməyəcəm".

9 il həbsə məhkum edilən Qalina Babayeva: "16 yaşım olanda ad günümdə valideynlərimi qəzada itirdim. 1995-ci ildə ərə getmişəm. Qızım oldu. 4 il sonra boşandım. 2002-ci ildə Türkiyədə gözəllik müsabiqəsində 1-ci yeri tutmuşam. Jurnallara çəkilməyə başladım. 2003-cü ildə 2-ci dəfə ərə getdim və 2 uşağım oldu. Sponsorumla aramda problemlər yaşandı. O məni aldatdı. Evində hər şeyin yerini bilirdim. Onun qızıllarını, antikvar əşyalarını götürdüm. Heç fikrləşmirdi ki, mən götürmüşdüm. Bir tanış qız var idi, onunla da tanış etmişdim. Təsadüfən bu qızla şəhərdə görüşdük, əlimdə antik üzüyü görüb məni ona satdı. Daha sonra narkotik maddələrdən istifadə etdim. Yoldaşım istifadə edirdi. Bir gün buna dedim, bu nədir ki, sən bundan əl çəkə bilmirsən. Dedim, mənə də vur və qolumu uzatdım. Vurdu qoluma. Sonradan bu hal davamlı oldu. Elə olurdu ki, yoldaşım evdə otururdu, mən gedib narkotik tapıb gəlirirdim. 2-3 il narkotikanın üstündə oturdum. Bacım müalicəyə apardı məni. Xeyri olmadı. Yoldaşım tutuldu, 8 aylıq hamilə idim. Onun dalınca getdim. 5 gündən bir yanına gedirdim. Kürdəxanıda onun yolunu çox gözləmişəm. Amma gəlmədi. Vəfasız çıxdı. Qızlarıma görə o qədər də yox, sırf oğluma görə narahatam. Oğlum deyir ki, mən hakim olacam. İstəmirəm ki, kiminsə anasına 1 ildən çox iş kəsim. Heç kimi anasız qoymaq istəmirəm".


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *