Məşhur azərbaycanlı model azadlığa çıxacaq günü gözləyir – VİDEO
Modelin podiumdan həbsxanaya aparan yolu.
Bir vaxtlar foto-model kimi tanınan Qalina Babayeva artıq 4 ildir ki, həbsxana divarları arasında azadlığa çıxacağı günü gözləyir.
AzNews.info Femida.az-a istinadən xəbər verir ki, vaxtilə podiumların əsas simalarından olan Qalina həm də 2002-ci ildə Türkiyə keçirilən gözəllik müsabiqəsinin qalibi olub.
Hələ 16 yaşı olarkən ad günündə ata-anasını yol qəzasında itirən Qalina iki dəfə ailə həyatı qurub. İkinci həyat yoldaşı narkotik aludəçisi olduğundan Qalina da bir müddət sonra narkotik qəbul etməyə başlayır. Özünün dediyinə görə, o, 3 il narkotik vasitə qəbul edib.
Qalina Babayeva törətdiyi oğurluq cinayətinə görə 2013-cü ildə məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilir.
Onun həyatını əks etdirən videokadrı oxuculara təqdim edirik.
Mənbə:> Femida.az