İlahiyyatçı Tale Bağırov azadlığa buraxıldı
Azərbaycanda həbsdə olan ilahiyyatçı Tale Bağırov azadlığa buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Tale Bağırovun yaxınları məlumat veriblər.
Bildirilir ki, Tale Bağırov Qobustan qapalı tipli həbsxanasından gecə saatlarında azadlığa çıxıb.
Xatırladaq ki, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Tale Bağırov narkotik maddə saxlamağa görə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Mənbə:> Oxu.Az