“Baron Aydın”ın həbsi ilə bağlı maraqlı faktlar » AzNews.info -Xəbər portalı

“Baron Aydın”ın həbsi ilə bağlı maraqlı faktlar – YENİLƏNİB

“Baron Aydın”ın həbsi ilə bağlı maraqlı faktlar


Bakıda tutulan narkobaronla bağlı maraqlı faktlar açıqlanıb.

Oxu.Az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polisə daxil olan əməliyyat məlumatı əsasında “Baron Aydın” ləqəbli Aydın Bağırovun tutulması üçün tədbir keçirilib.

Şübhəli şəxslərin yeri müəyyən edilib və əraziyə əməliyyat qrupu çıxıb.

Əməliyyat qrupunu görən şübhəli şəxslər bir-birinə xəsarət yetiriblər. Onlardan ikisi - Aydın Bağırov və onun oğlu Taleh saxlanılıb. Dəstənin digər üzvü Ənvər Məmmədov isə qaçıb.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış təbirləri davam etdirilir.

11:22

Bakıda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan ata və oğlu həbs edilib.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, narkobaron Aydın Bağırov və onun oğlu Taleh Bağırov saxlanılıblar.

Onlardan xeyli miqdarda narkotik vasitə götürülüb.

Məlumata görə, saxlanılan A. Bağırov kriminal aləmdə “Baron Aydın” ləqəbi ilə tanınır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

09:29

Gecə saatlarında Bakının Suraxanı rayonu ərazisində bir mənzildə 3 nəfər bıçaqlanıb.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Yeni Suraxanı qəsəbəsi, Kirov küçəsi 4 ünvanında qeydə alınıb.

Həmin evdə bıçaq xəsarətləri almış 3 nəfər - paytaxt sakinləri 67 yaşlı Bağırov Aydın Yusif oğlu, onun oğlu 35 yaşlı Taleh Bağırov və Aydın Bağırovun bacısı oğlu, 35 yaşlı Məmmədov Ənvər Akif oğlu bıçaq xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Müəyyən edilib ki, həmin şəxslərin üçünə də bıçaq xəsarətləri eyni adamlar tərəfindən yetirilib. Hazırda bıçaq xəsarəti almış şəxslərdən ikisi - Aydın Bağırovla Ənvər Məmmədovun müalicəsi xəstəxanada həkim nəzarəti və polis mühafizəsi altında davam etdirilir. Taleh Bağırov isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Qanlı hadisənin hansı şəraitdə baş verdiyi dəqiq məlum deyilir. Faktı Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları araşdırır. Məlumata görə, bıçaqlanan şəxslərdən ata-oğul Bağırovlar əvvəllər narkotik vasitələrin alqı-satqısına görə məhkum olunub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *