“Anama hәsr edirәm...”
Azərbaycana günün ikinci qıızl medalını qazandıran boksçumuz Pәrviz Bağırov oyunu haqda danışıb.
“Qafqazinfo”nun məlumatına görə, idmançı qələbədən sonra fikirlərini bölüşüb:
“Ciddi hazırlaşmışdım. Rәqibimi dә yaxşı tanıyırdım. Çәtin görüş keçdi. Amma qalib gәlib qızıl qazana bildim. Mәnә dәstәk olan hәr kәsә tәşәkkür edirәm. Bu yarış mәnә tәcrübә qazandırdı. Qarşıda daha bir önәmli yarış var. Dünya çempionatına hazırlaşacağıq. Hәmin böyük turnir öncәsi belә yarış çox yaxşı oldu. Avropa Oyunları möhtәşәm tәşkil olunub. Qәlәbәni anama hәsr edirәm. Belә böyük yarışın qalibi olmağım da mәsuliyyәtimi artırır”.
Mənbə:> Qafqazinfo.az