Fəridə: Azәrbaycan xalqından üzr istәyirәm...
“Әgәr daha diqqәtli olsaydım, qәlәbә qazanardım”.
Bu gün ilk Avropa Oyunlarında Azərbaycana növbəti medalı qazandıran taekvandoçumuz Fəridə Əzizova oyundan sonra fikirlərini bölüşüb.
AzNews.info-nun Qafqazinfo-ya istinadən məlumatına görə, gümüş medalçımız final oyununda qələbə qazana bilmədiyi üçün üzüldüyünü bildirib:
“Uduzmaq öz sәhvim idi. Әgәr daha diqqәtli olsaydım, qәlәbә qazanardım. Olmadı. Taekvandoda әyindә elektron jilet var vә xalları o hesablayır. Yәni bütün xallarım nәzәrә aldılar. Tәәssüf edirәm ki, qızıl medal qazanmadım. Buna görә Azәrbaycan xalqından üzr istәyirәm. Rәqiblәrimi tanyırdım. Qarşıda qranpri turnirlәri var. Onlara hazırlaşacam”.
Mənbə:> Qafqazinfo.az