1,3 milyard dollarlıq narkotik tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

1,3 milyard dollarlıq narkotik tutuldu

1,3 milyard dollarlıq narkotik tutuldu


Avstraliyanın federal polisi cümə günü ölkə tarixində ən iri - 1,3 milyard dollar həcmində qiymətləndirilən narkotik vasitə müsadirə edib. Ümumilikdə isə bu, ölkə tarixində müsadirə edilmiş ikinci böyük narkotik yükdür.

Sidneyin gömrük işçiləri Almaniyadan gələn mebel konteynerini yoxlayarkən orada üç ton narkotik maddə kristalları aşkarlayıblar.

Narkotiklər aşkar olunduqdan sonra şəhər rəhbərliyi yükün göndərilən ünvana çatdırılması göstərişini verib. Aparılan əməliyyat nəticəsində polis 23-34 yaşları arasında olan altı nəfəri həbs edib və onlara meqapolis ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd maddəsi üzrə ittiham irəli sürülüb. Təqsirləri sübuta yetirilərsə, tutulanlar ömürlük həbs cəzasına məhkum edilə bilər.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *