“Anamı söydü, dözməyib vurdum, qanı görəndə isə qorxdum...” » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

“Anamı söydü, dözməyib vurdum, qanı görəndə isə qorxdum...”

“Anamı söydü, dözməyib vurdum, qanı görəndə isə qorxdum...”


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Nizami Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

AzNews.info virtualaz.org-a istinadən xəbər verir ki, hakim Eynulla Vəliyev sədrlik edib.

İttihama görə, Nizami Abdullayev bu il martın 28-də Səbayıl Rayon Polis İdarəsi 8-ci polis bölməsinin yaxınlığında təsadüfən tanışı Nicat İsmayılovla rastlaşıb. Ondan hansı səbəbə görə ailə üzvləri barədə xoşagəlməz sözlər danışmasını soruşaraq mübahisə edib.

Nizami Abdullayev Nicat İsmayılovu məhəllə uşaqlarının gözü qarşısında cəzalandırmaq məqsədilə polis bölməsindən bir qədər aralanaraq yaşayış evlərinin ərazisinə aparıb. Orada tanışına 3 bıçaq zərbəsi vuran 17 yaşlı gənc hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.
Törətdiyi cinayət əməlinə görə Nizami Abdullayevə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Nizami Abdullayev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

O, ifadəsində Nicatı Bayıl qəsəbəsində tüfeyli həyat tərzi sürən birisi kimi tanıdığını, onu xoşlamadığına görə münasibətlərinin yaxşı olmadığını göstərib:

“Adını istintaq orqanına deməyəcəyim ümumi tanışlardan eşitmişdim ki, Nicat camaat arasında mənim və ailə üzvlərim barəsində pis, xoşagəlməz, həqiqətə uyğun olmayan, təhqiramiz ifadələr işlədib. Buna görə də onunla haqq-hesab çəkəcəyimi demişdim.

Amma Nicat həm yaşca, həm də fiziki cəhətdən məndən üstün olduğuna görə bu söhbətin arxasınca düşmür, qarşı-qarşıya gəlməməyə çalışırdım.

Buna baxmayaraq hadisə baş verən gün təsadüfən 8-ci polis bölməsinin qarşısında Nicatla rastlaşdım. İçkili idi, mənə sataşmağa başladı, uzun saçlarıma təhqiramiz şəkildə əl atdı. Aramızda mübahisə yarandı. Özümdən kənarlaşdırmaq istəsəm də bacarmadım. Nicat məsələyə aydınlıq gətirmək üçün məhəllələrin arasına çəkilməyimizi təkid edirdi.

Bir qədər kənara çəkiləndən sonra əynindəki gödəkcəsini çıxarıb yerə tulladı, üstümə hücum çəkdi, vurdu. Ona gücüm çatmayacağını görüb fəhlə işlədiyim tikintilərdə qum torbalarının ağzını kəsmək üçün cibimdə gəzdirdiyim bıçağı çıxarıb onu qorxutmağa başladım. Dedim ki, əgər üstümə gəlsən, səni vuracam.

Nicat isə xəbərdarlığa məhəl qoymadan mənə ana söyüşü söydü, yenidən üstümə gəldi. Əsəblərimi cilovlaya bilmədim, bıçaqla qarnına zərbə endirdim. Nicatdan qan axdığını görüb qorxdum, hadisə yerindən uzaqlaşdım. Evə gəlib hadisəni anama danışdım, anam məni aparıb 8-ci polis bölməsinə təhvil verdi”.

Zərərçəkmiş şəxs qismində dindirilən Nicat İsmayılov ifadəsində göstərib ki, hadisə baş verən gün 8-ci polis bölməsinin qarşısında dostunu gözləyərkən Nizami, Abdulla, Vasif və digər iki nəfər yaxınlaşaraq söhbət etmək istədiklərini bildiriblər:

“Onlardan nə baş verdiyini soruşanda dedilər ki, guya Nizaminin yanında Vasifin ünvanına söyüş söymüşəm. Vasifə bunun yalan olduğunu dedim, inandı. Nizami isə əl çəkmədi, kənara çəkilib söhbəti davam etdirməyi təklif etdi.

Nizaminin dediyi istiqamətə getdim, məhəllənin arasına çatdıqda belimdə ağrı hiss elədim, geriyə dönəndə Nizami növbəti zərbə endirdi, yerə yıxıldım. Bundan sonra qaçıb getdi. Birtəhər özümdə güc toplaylıb divarla tuta-tuta yola çıxdım. Sonradan huşumu itirdim, nə baş verdiyini bilmədim, ayılanda gördüm ki, xəstəxanadayam”.
Şahid qismində dindirilən Gülşən Vəliyeva ifadəsində oğlu Ceyhunun 9-cu sinfi bitirdikdən sonra fəhləliklə məşğul olduğunu göstərib:

“Kiçik oğlum Nizami evə həyəcanlı şəkildə gəlib bıçaqla adam vurduğunu dedi. Ondan kimi, nəyə görə vurduğunu soruşdum. Özündən yaşca böyük Nicat adlı oğlanla Bayıl bazarının yaxınlığında mübahisəsinin düşdüyünü, mübahisəni davam etdirmək üçün onu kənar məhəllələrə apardığını, özünü müdafiə etmək üçün Nicatı vurmaq məcburiyyətində qaldığını dedi.

Bu vaxt kimsə böyük oğluma zəng vurub Nicatı xəsətəxanaya apardıqlarını dedi. Nizami bunu eşidib polisə getmək istədi. Dedim gözlə, xəstəxanaya baş çəkib qayıdım, birlikdə gedərik. Böyük oğluma xəstəxanaya getdik, Nicat əməliyyatda idi. Anasına yaxınlaşıb oğlumun əməlinə görə üzr istədim, köməkliyimizi təklif etdim, imtina elədi. Bundan sonra evə qayıdıb Nizamini 8-ci polis bölməsinə apardım”.

Məhkəmənin hökmü ilə Nizami Abdullayev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *