Tanınmış xanım aparıcı: “Namaz qılmağa başladım”
Hülya Avşarın bacısı, tanınmış tele aparıcı Helin Avşar həyatında olan dəyişikliklər barədə danışıb.
ANS PRESS-in məlumatına görə, Helin Avşar “Ses” jurnalına verdiyi müsahibədə namaz qılmağa başladığını deyib.
Ailə qurmaq və övlad sahibi olmaq istədiyini də bildirən Avşar ümrə ziyarətinə getmək istədiyini bildirib.
“Namaz qılmağa başladım, yavaş-yavaş öyrənirəm. Allah qismət edərsə bu il aprelin sonunda ümrə ziyarətinə də getməyi fikirləşirəm. İstilər düşmədən gedəcəyəm”.
Mənbə:> ANSPRESS