Kişiləri evinə çağırıb döydürən Əfsanə: 12 yaşında məni qaçırtdılar... » AzNews.info -Xəbər portalı

Kişiləri evinə çağırıb döydürən Əfsanə: 12 yaşında məni qaçırtdılar... – VİDEO

Kişiləri evinə çağırıb döydürən Əfsanə: 12 yaşında məni qaçırtdılar...


ARB TV-nin “Rezonans” verilişində bu dəfə 8 il 6 ay azadlıqdan məhrum edilmiş Əfsanə Hüseynovanın həyat hekayəsinə yer verilib.

AzNews.info-nun məlumatına görə, məhbus qadın acı taleyindən bəhs edərkən 12 yaşında anasının qohumları tərəfindən qaçırıldığı faktını açıqlayıb:

“Onlar anamın öz adamları idi. Oğlan məndən 5-6 yaş böyük idi. Sonra atam xəbər tutdu, hirsləndi. Atam o yaşda evlənməyimə razı deyildi. Atam şikayət edib, oğlanı tutdurdu. Əmisi gəlib barışıq üçün danışdı, atam razılaşdı. Oğlanı buraxdılar, sonra biz Rusiyadan Azərbaycana gəldik. Mən gəlmək istəmirdim, oğlanı istəmirdim. Oğlan hər gün məni döyürdü, işgəncə verirdi. Onunla bir xoş günümüz olmadı. Elə söyüşlər söyürdü ki, götürə bilmirdim. Uşaqlarımı götürüb rayona getdim. Sonra yenə barışdıq. Sonuncu dəfə ayrılanda isə 3 uşağı özü ilə apardı. Kor-peşman Bakıya gəldim. Kafelərdə ofisiantlıq etdim. Özümü saxlayıb dolandırdım. Orada tanış olduğum biri ilə qeyri-rəsmi nikaha girdim və uşağım oldu. Atamgil razılaşdı, onun valideynləri razılaşmadı. Atam bizi Rusiyanın Çelyabinsk şəhərinə apardı. Bir müddət orada qaldıq. Uşağımın sənədləri düzgün olmadığı üçün atamgilin yanında qaldı”.

Əfsanə Hüseynova həbs olunma səbəbinə gəlincə isə burada da ərinin rolunun olduğunu deyib:

“Yoldaşım metroda bir nəfəri gördü, dedi ki, o, sənə baxır. Onu evə çağır, dərsin verəcəyəm. Mən də onun nömrəsini götürdüm, zəng elədim, evə çağırdım. Yoldaşım onu evdə pis döydü. Günahı oğlanda görmürəm, günah bizdədir. Bilsəydim belə olacaq, çağırmazdım. Yoldaşım işdən çıxandan sonra dedi ki, gəl belə işlə məşğul olaq. Adamları tapırdı, mən də evə çağırırdım. Döyüb pulunu alırdı. Çox peşmanam. Həmin adamı görməyə gözüm yoxdur. 4 uşağım var, 2 ildir ki, üzlərini görmürəm. Valideynlərimin günahı çoxdur. Uşaq vaxtı məni nənəmin yanına atıb Rusiyaya getdilər. İndi isə nə uşaqlarımı yanıma gətirirlər, nə də telefonda səslərini eşidirəm”.


Mənbə: ARB TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *