Maşın alanda diqqətli olun: qiyməti qaldırmaq üçün bu üsula əl atırlar
Avtomobilin satış qiymətini qaldırmaq üçün onun kilometrajı geri çəkdirilir. Bu yolla alıcılar aldadılır. Hüquqşünaslar isə bu halın ölkə qanunvericiliyinə zidd olduğunu bildirirlər.
İstehlakçıları aldadan şəxslər 3 min manatdan 5 min manatdək cərimə və ictimai işlərə cəlb oluna, hətta azadlıqdan məhrum edilə bilərlər. Bunun üçün aldadılan şəxs hüquq-mühafizə orqanlarına şikayət etməlidir.
Avtomobil təmiri üzrə mütəxəssislər isə kilometrajı geri çəkilən avtomobili müəyəynləşdirməyin bir neçə üsulu olduqunu bildirirlər.
Peşəkar ustalar mühərrikə və avtomobilin alt hissəsinə baxmaqla kilometrajın geri çəkilib-çəkilmədiyini bilə bilirlər. Bəzi hallarda bunu avtodiaqnostika ilə də müəyyən etmək olur. Amma bu, əksər avtomobillər üçün keçərli olmur.
Mənbə:> Xezerxeber.az