Azərbaycanlı ustalar: Bütün avtomobillərin kilometrajını geri çəkmək mümkündür – VİDEO
Yəqin ki, bütün sürücülərə məlumdur ki, avtomobilin yürüş məsafəsi artdıqca onun qiyməti də aşağı düşür.
AzNews.info Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ölkəmizdəki bir çox işbazlar isə avtomobili baha satmaq üçün kilometrajı geri çəkirlər.
Bunu edən şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Ustaların isə aldanmamaq üçün sürücülərə məsləhətləri var.
Ustaların sözlərinə görə, avtomobillərin kilometrajını azaltmağın bir neçə üsulu var. Bunları bütün avtomobillərdə etmək mümkündür.
Kilometrajı geriyə çəkilmiş avtomobili müəyyən etməyin də bir neçə üsulu var. Bu hal ölkəmizdə geniş yayılıb və gətirilən əksər işlənmiş avtomobillər kilometrajı geri çəkilərək bazara çıxardılır.
Bunu edən usta və yaxud etdirən şəxs Cinayət Məcəlləsinin 200, istehlakçıları aldatma maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. İstehlakçının aldadılması 40-500 manat arası olduqda həmin şəxs və yaxud şəxslərə 3 min manatdan 5 min manatdək cərimə və ictimai işlərə cəlb olunma, 500 manatdan artıq olduqda isə 5-7 min manatdək cərimə və 6 aylıq azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Mənbə:> Xəzərxəbər