Bakıda alıcılar necə aldadılır? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda alıcılar necə aldadılır?

Bakıda alıcılar necə aldadılır?
əzi vətəndaşlar supermarketlərə alış-verişə getmələrinə yaman peşiman olub. Qiymət dəyişikliyi problemi ilə üzləşdiklərindən. Onların sözlərinə görə, gördükləri bir, ödədikləri isə fərqli qiymət olduğundan şok yaşayıblar.

ANS TV-nin məlumatına görə, paytaxda yerləşən iki məhşur marketdə alıcıların aldadıldığı bildirilir. Piştaxtada yazılan qiymətlə mal alan şəxs kassaya yaxınlaşan zaman məhsulların yeni qiyməti ilə tanış olurmuş. Yəni alıcı məhsulu piştaxdada bir manata görürsə, kassada onun qiyməti dəyişir. Artıq məhsula görə bir manat da yuxarı pul ödəməli olduğunu öyrənir. Elə məhz buna görə də adıçəkilən marketlərdən birinə məhz – “Bizim” marketə üz tutduq. Burda bir neçə məhsulun qiymətini ilk olaraq piştaxtalarda gözdən keçirdik. Daha sonra həmin məhsulları kassirə təqdim etdik. Və buna görədə bizə məhsulların qiyməti ilə birlikdə qəbz təqdim edildi. Burda uyğunsuzluq müşahidə edilmədi.

Daha sonra adıçəkilən ikinci supermarketə - “Grandmarta” üz tutduq. Burda da eyni minvalla alış-veriş etdik. Məhsulların qiymətini əks etdiən kağızlarla tanış olduq. Həmin qəbzlə lentə ala bildiyimiz məhsulların qiymətini müqayisə etdik. Burda da heç bir qiymət artımı müşahidə edilmədi. Hər halda bu bizim gördüklərimizdir.

Əgər alıcılar bu kimi hallar müşahidə edərsə, İqtisadiyyat və Sənaye Nazirliyinin “qaynar xətt”i olan 195-ə müraciət etsin.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *