Bakıdakı bu məhsulların qiymətində şok artım – FOTO
Azərbaycanda mobil telefonların qiymətində bahalaşma qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, ölkədə dollar və avronun qiymətinin manata nisbətdə bahalaşması mobil cihazlarda özünü daha tez büruzə verib.
Xüsusilə "iPhone"ların qiymətində bahalaşma qeydə alınıb. Paytaxt mağazalarında bir neçə gün öncəyə kimi 599 AZN-ə satılan "iPhone" 6 (16 GB) indi 862 AZN-ə təklif olunur. "iPhone" 5S (16 GB) isə 550 AZN civarında idi. Hazırda bu telefonun qiyməti 684 AZN-dir.
Mağazalarda qiymət artımı təkcə telefonlarda deyil, digər cihazlarda da müşahidə edilib. Xarici ölkələrdən Azərbaycana gətirilən kompüter, planşetlərin qiymətində də gözlə görülən bahalaşma müşahidə olunur.
Mütəxəssislər ölkəyə gətirilən elektron cihazların dollar və avro ilə satın alındığını və bu səbəbdən qiymətlərin xarici valyutaların məzənnəsinə uyğunlaşdırıldığını deyirlər.
Mənbə:> ANSPRESS